AZ

Estoniyalı parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Estoniya Respublikası ParlamentininEstoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri RiinaSolman və qrupun üzvü Maria Jufereva-Skuratovski martın 13-də Fəxrixiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqilAzərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsiniehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sonra nümayəndə heyəti Bakıda Zəfər parkınıziyarət edərək abidə önünə gül dəstələri düzüb, qonağlaraAzərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsizqəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlardayaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsiməqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumatverildi.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı,Azerbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupununrəhbəri Afət Həsənova və digər rəsmi şəxslər müşayiət ediblər.

Estoniyalı
Estoniyalı
Estoniyalı
Estoniyalı
Estoniyalı
Seçilən
11
6
az.trend.az

8Mənbələr