ABŞ-ın atəşkəs üçün Rusiyaya nümayəndə heyəti göndərdiyiu bir ərəfədə Rusiya prezidenti Vladimir Putinin hərbi geyimdə Ukrayna sərhədinə yollanması dünya mediasının manşetlərində müzakirə olunur.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, əsas sual Putinin niyə bu ərəfədə hərbi forma geyinərək məhz sərhəddə - Kursk bölgəsində hərbi müşavirə keçirməsi və oradan verdiyi mesajların nəyə hesablanması ətrafında yaranıb.
Bu və ya digəır suallara isə Putinin sözçüsü cavab verməkdən yayınıb. O, "Vladimir Putin niyə indi hərbi geyim geyindi" sualını qısaca belə cavablandırb: "Putinin özü belə lazım bildi”
O, müşavirədə çox qısa zamanda bu bölgənin ukraynalı hərbçilərdən azad edilməsini əmr edib: "Kursk bölgəsi tamamilə azad edilməli və dövlət sərhədini bərpa etməliyik. Təbii ki, gələcəkdə dövlət sərhədi boyunca təhlükəsizlik zonası yaratmaq barədə düşünməliyik. Kursk bölgəsində olan, dinc əhaliyə qarşı cinayət törədən və Rusiya təhlükəsizlik qüvvələrinə qarşı çıxanlara arasında əsir alınacaq Ukrayna hərbçiləri isə terrorçu kimi mühakimə olunacaqlar".
Firudin Səfərli
MİA.AZ