AZ

"Azərbaycanın cavabı dağıdıcı olacaq" - Politoloq

"Ermənistan sərhədyanı bölgələrdə müəyyən dərəcədə vəziyyəti gərginləşdirməklə diqqəti öz üzərinə çəkmək istəyir. Ötən il ABŞ və Avropa İttifaqının birgə Ermənistana dəstək planı açıqlandı. ABŞ-la Avropa İttifaqı bu istiqamətdə koordinasiya şəklində fəaliyyət göstərirdilər".

Bunu "Unikal"a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Donald Tramp hakimiyyətə gələndən sonra qlobal səviyyədə bu koordinasiyada problemlər yaşanır:

"Belə olan halda Ermənistanın arxayın olduğu ABŞ-Avropa İttifaqının birgə fəaliyyəti şübhə altındadır. Bu koordinasiyanı bərpa etmək, diqqəti öz üzərinə çəkmək üçün müəyyən dərəcədə eskalasiyalar Ermənsitan hakimiyyətinin marağında ola bilər. Onlar yaxşı anlayırlar ki, miqyası böyük olmayan eskalasiya belə olsa, Azərbaycanın cavabı dağıdıcı olacaq. Bir sözlə, Ermənistanın məqsədi Qərb tərəfindən onlara olan koordinasiyanın, köməyin sistemli şəkildə həyata keçirilməsidir. Paşinyanda yeganə bu maraq ola bilər".

Qeyd edək ki, Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək. Bununla yanaşı son illər Ermənistan silahlanmaya böyük vəsait xərcləyir.

Anar Kəlbiyev

Seçilən
2
1
unikal.az

10Mənbələr