AZ

Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub"

"Azərbaycan baş verən prosesləri diqqətlə izləyir. Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub".

Yenilikxəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" adlı panel iclasında bildirib.
O qeyd edib ki, Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının toqquşduğu məkandır:
"Proseslər hər zaman bizim maraqlarımıza uyğun olmaya bilər. Bu region bizə məxsusdur və biz transformasiyanın düzgün istiqamətdə irəliləməsinə çalışmalıyıq. Ümid edirik ki, Ermənistan da bunu dərk edəcək. Hazırda Azərbaycan sülh müqaviləsi danışıqlarının aparıldığı bir mərhələdədir".
Seçilən
12
9
yenilik.az

10Mənbələr