AZ

Avropada Emeri fırtınası - 42 ildən sonra...

Avrokuboklarda yenidən tarix yazan "Aston Villa" uzun fasilədən sonra qitənin əsas klub turnirində 1/4 finala yüksəlib. 

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, Birmingem klubu 1982/1983 mövsümündən sonra ilk dəfə bunu bacarıb.

Unai Emerinin komandası 1/8 finalda Belçika "Brügge"sini ümumi hesabda 6:1 hesabı ilə üstələyib.

Beləliklə, komanda 42 ildən sonra Avropanın ən güclü 8 komandaı arasında yer alıb.

"Aston Villa" 1/4 finalda PSJ ilə qarşılaşacaq. İlk oyun 9 və ya 10 apreldə, cavab qarşılaşması isə 15 və ya 16 apreldə baş tutacaq.
 

Seçilən
5
fanat.az

1Mənbələr