
“Ulusum”.az xəbər verir ki, "Real Madrid", Avropanın prestijli klub turnirində dörd penalti seriyasında qalib gələrək Çempionlar Liqası və Avropa Kuboku tarixində yeni rekord qırub. Bu cür statistika heç bir digər komandada yoxdur.Çempionlar Liqasında "Real" "Atletiko Madrid"i penalti seriyasında məğlub edərək 1/4 finala yüksəlib. Matç "Atletiko"nun doğma stadionu olan "Metropolitano"da keçirilib və 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə qolu 26-cı saniyədə "Atletiko"nun yarımmüdafiəçisi Konor Qallager vurub. 70-ci dəqiqədə isə braziliyalı Vinisius penalti ilə topu qola çevirə bilməyib.İlk görüş "Real"ın 1:0 hesablı qələbəsi ilə bitib. Əlavə vaxtda komandalar bir-birinə qol vura bilməyib və matçın nəticəsi penaltilər seriyasında həll olunub. Orada "Real Madrid" futbolçuları 4:2 hesabı ilə qalib gəlib. "Atletiko"nun futbolçuları Julian Alvarez və Markos Llorente, həmçinin "Los Blancos"dan Lukas Vazkes öz cəhdlərini qola çevirə bilməyiblər.Rəxşəndə İkramlı
Diqqət Çəkənlər
Mixail Saakaşvilinin cəzası bəlli oldu
Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür