AZ

Xankəndi şəhərində suverenlik mövzusunda ilk tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Qarabağ Universitetində “Konstitusiya və Suverenlik İli”çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlətİdarəçilik Akademiyası (DİA) ilə birgə seminar keçirilib.

Trend xəbərverir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Bildirilib ki, “Prezident İlham Əliyevin innovativ idarəçiliktexnologiyaları: suverenliyə aparan yol” mövzusuna həsr olunmuştədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, SiyasiAraşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, Tarixkafedrasının professoru Həvva Məmmədova, ümumi işlər üzrəprorektoru Mirağa Seyidli, Elm və beynəlxalq əlaqələr şöbəsininmüdiri, professor Elvin Əzizbəyov iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi iləçıxış edərək qonaqları salamlayıb və bildirib ki, Dövlət İdarəçilikAkademiyası tərəfindən həyata keçirilən tədbirin suverenliyimizinbərpa edildiyi torpaqlarda - Xankəndi şəhərində baş tutmasıəlamətdar hadisədir. Rektor Prezident İlham Əliyevin tapşırıqlarınaəsasən Qarabağ Universitetinin qarşısına qoyulan stratejiməqsədlərə çatmaq üçün yeni tərəfdaşlıqların qurulmasınınəhəmiyyətli olduğunu qeyd edib. Ş.Bayramov əsas prioritetlərdənbirinin Qarabağ Universitetinin elm və innovasiya mərkəzinəçevrilməsi olduğunu vurğulayaraq əlavə edib ki, burada təhsil alantələbələr akademik biliklərə yiyələnməklə yanaşı, həm dədövlətçilik məfkurəsi ətrafında birləşməlidirlər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Prezident İlhamƏliyevin innovativ idarəçilik texnologiyaları: suverenliyə aparanyol” mövzusunda mühazirə ilə çıxış edərək idarəçilik prosesindəuğurlu inkişafa təsir edən amillərdən bəhs edib. U.Ələkbərov qeydedib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdətətbiq edilən müasir idarəetmə prinsipləri və strateji yanaşmalardövlətimizin suverenliyinin qorunmasında və gücləndirilməsindəböyük rola malikdir. O, idarəetmə sahəsindəki yeniliklərin,effektiv qərar qəbul etmə mexanizmlərinin və müasirtexnologiyaların tətbiqinin Azərbaycanın beynəlxalq arenadamüstəqilliyini və gücünü artıran əsas amillərdən biri olduğunubildirib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor ElmanNəsirov “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıprosesi və onun reallaşdırılması mexanizmləri” mövzusundakıçıxışında mövcud siyasi prosesin əhəmiyyətinə və qarşıya qoyulanhədəflərin realizasiyası üçün tələb olunan addımlara diqqət çəkib.E.Nəsirov qeyd edib ki, məhz suverenliyin tam şəkildə bərpaedildiyi tarixin ildönümündə Xankəndi şəhərində QarabağUniversitetinin açılması suverenlik amillərinə söykənir.

Tarix kafedrasının professoru Həvva Məmmədova “AzərbaycanRespublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası:reallıqlar və perspektivlər” mövzusunda etdiyi çıxışda Azərbaycanınqədim və müasir tarixində ərazi bütövlüyü və suverenliyin bərpasıprosesinin əhəmiyyətini nəzərə çatdırıb. Professor bildirib ki,Azərbaycanın bu məsələlərdəki mövqeyi regionda sabitliyinqorunması, iqtisadi inkişaf və ölkənin beynəlxalq əlaqələriningücləndirilməsi ilə sıx bağlıdır.

Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor ElvinƏzizbəyov “İnnovativ dövlət idarəçiliyinin rəqəmsal aspektləri”mövzusunda çıxış edərək dövrün tələblərinə cavab vermək üçün dövlətidarəçiliyi sahəsində innovativ yanaşmalar və texnologiyalarıntətbiq edildiyini vurğulayıb. E.Əzizbəyov əlavə edib ki, “Elektronhökumət” formatlı rəqəmsal xidmətlər Azərbaycan dövlətinin rəqəmsaltransformasiyasının mühüm hissəsini təşkil edir və bu prosesidarəetmənin sadələşdirilməsi, vətəndaşların daha sürətli və asanxidmətlər əldə etməsini təmin edir.

Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Məqalədə:
Seçilən
25
6
az.trend.az

10Mənbələr