AZ

XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə keçirilib

XII Qlobal Bakı Forumu çərçivəsində “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sabiq Prezidenti Şarl Mişel deyib ki, Ukraynadakı böhranla bağlı Aİ əlindən gələni edib.

Onun sözlərinə görə, Aİ Afrika, Asiya ölkələri ilə, orada olan təşkilatlarla əməkdaşlıq edə, əlaqələr qura bilər.

“Təhlükəsizlik məsələsi, müharibələr, böhranlar problemi var. Amma biz çalışırıq bu problemləri aradan qaldıraq”, - Şarl Mişel vurğulayıb.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın hər zaman çoxtərəfli diplomatiyanın tərəfdarı olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi prioritet məsələlərdən biridir.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa bildirib ki, Sovet İttifaqı dövründə bu regionun ölkələrinin ərazi bütövlüyü, müstəqillik və öz taleyini təyin etmək hüququ çox məhdud olub.

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyadakı yeni reallıqdan danışıb: “Suriyada yeni dövr başlayıb və mən nikbinəm. Çalışırıq ki, Suriyanın bərpasına kömək edək və keçid dövrü hakimiyyətinin cəhdləri puça çıxmasın”.

Panel müzakirələrlə başa çatıb.

Seçilən
7
8
apa.az

9Mənbələr