AZ

AFFA Elvinlə Musaya sərt cəza VERDİ

Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.

Viral.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında bildirilib.

Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı klub 3000 manat cərimələnib.

Son Yazılar:

Sözügedən matçda baş verənlərlə bağlı “Qarabağ”ın oyunçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı da cəzasız qalmayıb. Təcavüzkar davranışa yol verən hər iki futbolçu biri şərti olmaqla 2 oyunluq cəzalanıb. Onlara üç ay sınaq müddəti təyin olunub. “Qarabağ” həmçinin futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib. 

Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu da 800 manat ziyana düşüb.

Seçilən
12
11
viral.az

10Mənbələr