AZ

Nabat Mirzəyevaya

“Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə ailə, qadın və uşaqlara sosial-psixoloji dəstək, qadın hüquqlarının və gender bərabərliyinin təşviqi üzrə təlimçi-ekspert kimi tanınan Nabat Mirzəyeva birliyin icraçı direktoru təyin edilib.Metbuat.az xəbər verir ki, bu barədə birliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, birliyin fəaliyyətinin təkmilləşdirilməsi, fandreyzinq (maliyyə axtarışı) imkanlarının artırılması, ictimai əhəmiyyətli layihələrin uğurla həyata keçirilməsi, media və ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi, müxtəlif aktual mövzularda maarifləndirmə tədbirlərinin təşkili, sosial-psixoloji, pedaqoji, hüquqi və digər xidmətlərin göstərilməsi sahəsində zəruri addımların atılması icraçı direktora tapşırılıb.

Qeyd edək ki, əsas məqsədi qadınlar arasında mədəni, elmi, və işgüzar əlaqələrin möhkəmləndirilməsinə, onların ictimai həyatda rolunun artırılmasına kömək etməkdən ibarət olan birlik 27.01.2009-cu il tarixində təsis edilib və 23.04.2009-cu il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Seçilən
6
3
metbuat.az

4Mənbələr