Azərbaycanlı vətəndaşlar Türkiyədən mənzil alışını 22% artırıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədən 137 mənzil alıb.
Operativ Media bu barədə Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3% çoxdur.
Ötən ay Azərbaycan vətəndaşlarıTürkiyədən 87 mənzil alıb ki, bu da illik müqayisədə 45% artım deməkdir.
Qeyd edək ki, bu ilin ilk iki ayında əcnəbilər Türkiyədən 3 023 mənzil satın alıb.