AZ

Xocasəndə sürücü piyadaların həyatını TƏHLÜKƏYƏ ATDI – ANBAAN VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü piyadaların həyatını təhlükə altına atıb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər Xocəsən yolunda baş verib.

Tıxacda qalmaq istəməyən 90-KZ-545 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobilin sürücüsü ötmə qaydalarına zidd olaraq, qarşıda gedən nəqliyyat vasitələrini sağ tərəfdən keçməyə qərar verib və piyadalarla dolu səkinin üstü ilə hərəkətini davam etdirib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib:

"Yol verilmiş inzibati xəta ilə bağlı araşdırma başlanılıb. Qanunamüvafiq tədbir görülərək, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə M.Ağayev bildirib. (Oxu.az)


Bizim.Media

Seçilən
1
2
bizim.media

4Mənbələr