Qəzzada ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin son 24 saat ərzində atəşkəsə baxmayaraq Qəzza zolağına hücumu nəticəsində 2 nəfər həyatını itirib, 7 nəfər daha əvvəl uçmuş binaların dağıntıları altından çıxarılıb.
Qəzza zolağına 2023-cü il oktyabrın 7-də başlayan hücumlarından bu yana ümumi can itkisinin 48 min 524-ə, yaralı sayının isə 111 min 955-ə yüksəldiyi qeyd edilib.
Nuriyyə Musayeva