AZ

Premyer Liqa: 27-ci turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Tura sabah keçiriləcək “Araz-Naxçıvan” – “Şamaxı” oyunu ilə start veriləcək. Bu görüşü Rauf Cabbarov idarə edəcək.

Martın 15-nə təsadüf edəcək “Kəpəz” – “Qarabağ” matçı Fərid Hacıyevə, “Sabah” – “Zirə” görüşü isə Rəşad Əhmədova tapşırılıb.

“Səbail” – “Neftçi” matçında Elçin Məsiyev, “Turan Tovuz” – “Sumqayıt” görüşündə də Əliyar Ağayev söz sahibi olacaq.

Premyer Liqa
27-ci tur
14 mart

“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

15 mart

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

“Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.

16 mart

“Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 16:00.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.

Seçilən
20
3
arena.az

10Mənbələr