AZ

® Ümumi cərrah Aynur Səfiyeva “Proktologiya və çanaq dibi cərrahiyyəsi” üzrə master dərəcəsi alıb

Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Aynur Səfiyeva İtaliya və Avropanın aparıcı universitetlərindən biri olan Cattolica del Sacro Cuore Universitetində “Proktologiya və çanaq dibi cərrahiyyəsi” üzrə master dərəcəsi alıb.

Qeyd edək ki, o, Avropa Koloproktoloji Cərrahi Dərnəyinin Şərqi Avropa üzrə regional təmsilçisidir. 20 ildən artıqdır ki, tibb sahəsində çalışır, yerli və xarici elmi nəşrlərdə aktual mövzularda məqalələri dərc olunur, yerli və beynəlxalq konfranslarda fəal iştirak edir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi bu münasibətlə onu təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

Seçilən
4
azertag.az

1Mənbələr