AZ

Qırğızıstan və Tacikistan prezidentləriTARİXİ RAZILAŞMA İMZALADILAR

Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon 23 il davam edən danışıqlardan sonra Bişkekdə dövlət sərhədi haqqında sazişə imza atıblar.

 

Senzor.az bildirir ki, bu barədə qırğız mediası məlumat yayıb.

 

Qeyd edək ki, hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar, Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

 

Xatırladaq ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 kilometrdən çoxdur.


Daha ətraflı videomaterialda:

Seçilən
1
1
senzor.az

10Mənbələr