Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla B2G (Business to Government) dialoq görüşü keçirilib.
İnstitutun məlumatına görə, görüşdə sahibkarlara AzMİ-nin fəaliyyət istiqamətləri, mövcud infrastruktur, ölçmə və kalibrlənmə imkanları, o cümlədən metroloji xidmətin zəruri olduğu sahələr və beynəlxalq əməkdaşlıqlar haqqında məlumat verilib.
Görüş çərçivəsində sahibkarların təklifləri dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
AzMİ tərəfindən metroloji xidmətlərlə bağlı sahibkarların məlumatlılığının artırılması, eləcə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə dialoq görüşləri davam etdiriləcək.