AZ

ABŞ-nin ÜST-ə maliyyə yardımını dayandırmasının mümkün nəticələri açıqlanıb

ABŞ-nin Ümumdunya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırmasının mümkün nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən çərçivəsində “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus bildirib.

Paneldə çıxış edən ÜST Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus qeyd edib ki, ABŞ ÜST-ün maliyyələşməsinin 30 faizini təmin edir, ABŞ-ın ÜST-dən çıxması malyariyaya qarşı mübarizə və digər bir sıra səhiyyə proqramlarının dayanmasına səbəb olacaq:

“Nəticədə 700 laboratoriya fəaliyyətini dayandıracaq. Bu, bir sıra Afrika ölkələrində malyariya, polimelit və digər xəstəliklərlə mübarizəyə təsir edəcək, pandemiyalar baş qaldıra bilər. Beləliklə, çox sayda insanlar sadə tibbi xidmətə çıxışdan məhrum olacaqlar. ABŞ-nin ÜST-ə maliyyəsinin dayanmasının nəticəsidir ki, Efiopiyada ana və uşaq ölümləri artıb, Banqladeqdə hepatitlər yayılıb. Malyariyaya yoluxanların sayı 15 milyon nəfər arta bilər. Biz ABŞ-dən xahiş edirik ki, əlavə maliyyə tapılana qədər maliyyələşdirməni davam etdirsinlər ”.

Seçilən
4
4
apa.az

5Mənbələr