AZ

Həsən Kür palataya köçürüldü

Xəstə Həsən Zeynallını (Kür) bu gün reanimasiya şöbəsindən palataya köçürmüşük.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.

O qeyd edib ki, Həsən Kürün vəziyyəti hazırda stabildir: “Kompüter tomoqrafiyasından keçirdik. Beynində vəziyyət tədricə yaxşılaşır, qan sovrulur. Neyrocərrahın rəyinə əsasən, əməliyyata girə bilər.

Gələn həftə Həsən Zeynallının ayağı əməliyyat olunacaq”.

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Son məlumata görə, süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib. Hazırda palatada müalicəsi davam etdirilir.

Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Seçilən
1
24
yenicag.az

10Mənbələr