AZ

Finlandiyanın silah zavodu “tarixi” sifariş alıb

Finlandiyanın silah istehsal edən zavodu “Nammo Lapua” Finlandiya Müdafiə Qüvvələrindən 220 milyon avro dəyərində böyük sursat sifarişi alıb.

Qaziler.az bildirir ki, bu haqda “Yle” yayımı məlumat yayıb.

"Nammo Lapua Müdafiə Qüvvələrindən sursat istehsalı üçün 220 milyon avroluq sifariş alıb", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, müqavilə uzadılma imkanı ilə dörd illikdir. Bu müddət ərzində zavod ölkənin müdafiə qüvvələrini iki çaplı patronla təmin etməlidir: avtomat tüfənglər və pulemyotlar üçün. Zavodun direktoru Pekki Himanki bu sifarişi “tarixi” və uzun fasilədən sonra ən böyük sifariş adlandırıb.

QAZİLER.AZ

Seçilən
9
qaziler.az

1Mənbələr