Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “AzerGold”Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış əməkdaşlıqmemorandumuna əsasən universitet-sənaye əlaqələriningücləndirilməsi və tələbələrin peşəkar inkişafına dəstək məqsədilənövbəti seminar keçirilib.
Trendxəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, AzMİU-nun 50 illik yubileyi münasibətiləreallaşan seminarda “AzerGold” QSC-nin Təmir-tikinti və texnikitəminat şöbəsinin müdiri Zəka Talıbov və müdir müavini İsmayılHüseynzadə, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev,Təcrübə və Karyera Mərkəzinin karyera üzrə böyük mütəxəssisi LeylaRəhimova və tələbələr iştirak ediblər. Seminar dağ-mədənsənayesində inşaat mühəndisliyinin rolu, tətbiq edilən müasirtexnologiyalar və karyera perspektivləri barədə tələbə gəncləriməlumatlandırmaq məqsədi daşıyıb.
Qurumun əməkdaşları “Dağ-mədən sənayesində inşaatmühəndisliyinin rolu” mövzusunda geniş təqdimatla çıxış ediblər.Təqdimatda “AzerGold” QSC-nin fəaliyyəti, ölkədə həyata keçirilənmədən hasilatı və emalı layihələri, bu proseslərdə inşaatmühəndislərinin üzərinə düşən mühüm vəzifələr, qarşılaşdıqlarıtexniki çağırışlar və onların həlli yollarından bəhs olunub.
Qeyd edilib ki, AzMİU və QSC arasında təhsil, elmi araşdırmalar,ixtisasartırma və tələbələrin məşğulluğu sahəsində əməkdaşlığa dair8 noyabr 2017-ci il tarixində memorandum imzalanıb. Bu stratejitərəfdaşlıq nəticəsində bu günə qədər tələbələrin karyerainkişafına yönəlmiş müxtəlif seminarlar, təlimlər və praktikproqramlar həyata keçirilib.
Bildirək ki, Universitet və sənaye müəssisələri arasındaəlaqələrin gücləndirilməsi AzMİU-nun kadr hazırlığı siyasətinəmühüm töhfə verməklə yanaşı, tələbələrin bilik və bacarıqlarınıntəkmilləşdirilməsinə, onların əmək bazarına hazırlıqlı şəkildəinteqrasiyasına və ixtisaslarına uyğun işlə təmin olunmasına şəraityaradır.