AZ

Cənubi Koreya hərbi təyyarə hadisəsində iki pilot cəzalandırılıb

Bakı, TurkicWorld

Cənubi Koreyanın Poçeon bölgəsində hərbi təyyarənin təsadüfən səkkiz bomba atması nəticəsində 31 nəfər yaralanıb, hadisəyə görə iki pilot səhlənkarlıqda ittiham olunub.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Cənubi Koreya hərbi müstəntiqləri pilotların hədəf koordinatlarını düzgün daxil etməməsinin qəzaya birbaşa səbəb olduğunu müəyyən ediblər. İstintaq davam edir və pilotlar səhlənkarlıq nəticəsində bədənə xəsarət yetirməkdə və hərbi obyektlərə, o cümlədən kilsəyə ziyan vurmaqda ittiham olunurlar.

Müdafiə Nazirliyi açıqlamasında hər iki pilotun uçuş vəzifəsindən uzaqlaşdırıldığını və onların sertifikatlarının nəzərdən keçiriləcəyini bildirib.

Qeyd edək ki, hadisə 6 mart tarixində baş verib. Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus iki KF-16 döyüş təyyarəsi təlim zonasını tərk edərək paytaxt Seuldan 40 kilometr şimalda yerləşən Poçeon bölgəsində təsadüfən bomba buraxıb.

Səkkiz bombanın düşməsi nəticəsində 31 nəfər yaralanıb və bölgədəki bir neçə obyektə ciddi ziyan dəyib.

Hadisədən sonra Cənubi Koreya Müdafiə Nazirliyi canlı atəş və uçuş təlimlərini müvəqqəti dayandırıb. Martın 7-də Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin havaya qalxması qadağan edilib. Hazırda istintaq davam edir və pilotların gələcək taleyi ilə bağlı yekun qərar gözlənilir.

Seçilən
20
turkic.world

1Mənbələr