AZ

Romanyuk: “Kurskdan çıxmaq razılaşdırılmış addımdır”

AzVision.az xəbər verir ki, “Ukrayna NATO-da” təşkilatının rəhbəri və Atlantika Şurasının üzvü Yuri Romanyuk “Kiyev24” telekanalının efirində Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kurskdan mütəşəkkil şəkildə çıxarılması Kiyev, Vaşinqton və Moskva arasında razılaşmanın tərkib hissəsi olub və Ciddə danışıqlarında müzakirə edilib.

“8 saatlıq məsləhətləşmələr zamanı ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) nümayəndələri şərtləri razılaşdırıblar: Ukrayna 30 günlük atəşkəsi qəbul edərsə, o zaman qoşunlar geri çəkilməlidir. Putin danışıqlar üçün şərt kimi Kursk vilayətinin azad olunmasını tələb edib. Tramp Kiyevə təzyiq göstərərək, onu silah və kəşfiyyat tədarükünün qarşısının alınması müqabilində qoşunların çıxarılmasına razılıq verməyə məcbur edib”,- Romanyuk deyib.

Onun fikrincə, Putin Trampla razılaşmalardan qəfil imtina edə bilməz, çünki qarşıda onun prezidentliyinin dörd ili var. Ukraynalı ekspertin ehtimalınagörə, Putinin bundan imtina edəcəyi halda, Tramp Rusiya neftinə embarqo qoya, 35 min ABŞ əsgərini Şərqi Avropada yerləşdirə və əlavə ATACMS raketlərini Ukraynaya ötürə bilər.

Qeyd edək ki, dünən Ukraynanın “DeepState” monitorinq layihəsi Sudjanın (Kursk vilayəti) artıq USQ-nin nəzarətində olmadığı cəbhənin xəritəsini yeniləyib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
3
azvision.az

1Mənbələr