AZ

Ruslar Oskol çayını keçib - “Bu, Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləməyə şərait yarada bilər”

Rusiya qoşunları öz qüvvələrinin bir hissəsini Xarkov vilayətindəki Oskol çayı üzərindən keçirə biliblər.

Bu barədə “Xortitsa” əməliyyat-strateji qrupunun sözçüsü Viktor Trequbov “Azadlıq” radiosuna şərhində bildirib.

Onun sözlərinə görə, ruslar qoşunları daşımaq üçün çayın buz bağlamasından istifadə edib.

“İndi isə Ukrayna Silahlı Qüvvələri onları işğal altındakı körpübaşından çıxarmağa çalışır. Bundan əlavə, Rusiya ordusu kiçik üzən gəmilərdən istifadə edərək hərbi bölməlrin daşınmasına davam etdirir, lakin bu cəhdlər artıq effektiv deyil”, - deyə o, qeyd edib.

Trequbov əlavə edib ki, Oskol çayı təbii istehkam kimi mühüm rol oynayır və onu keçmək rus qoşunlarının Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləməsinə şərait yarada bilər.

“DeepState” xəritələrinə görə, Oskolun əks sahilində körpübaşı yaradılması Kupyanskdakı Ukrayna qoşunları üçün təhlükə yaradır, çünki bu, rusların şimaldan arxaya daxil olmasına imkan verə bilər.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri düşmənin daha da irəliləməsinin qarşısını almaq üçün aktiv döyüş əməliyyatlarını davam etdirir.

“AzPolitika.info”

Seçilən
17
azpolitika.info

1Mənbələr