Bakı. Trend:
“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətininəməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyinümayəndə heyətləri arasında görüş olub.
Bu barədə Trend-ə “AzərEnerji”dən məlumat verilib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərhaqda fikir mübadiləsi edilib.
İstismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və Meqalayihənin icra strategiyası barədə müzakirələr aparılıb.