AZ

Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial şəbəkədə dələduzluq yolu ilə vətəndaşlara 22 min manatdan çox ziyan vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, Sumqayıt sakini olan iki nəfər "Telegram" sosial şəbəkəsində tanımadıqları səhifələrdən onlara mesajlar göndərildiyini və onlayn platformalarda paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılaraq bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər.
Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi tədbirlə kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəyal Orucovla birgə kiberdələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Seçilən
11
18
oxu.az

10Mənbələr