AZ

Çempionlar Liqası: İspanlarsız 1/4 final keçirilmir - 20 ildir

İngiltərə, İspaniya və Almaniyanın hərəsinin 2, Fransa və İtaliyanın ə 1 komandasının iştirakı ilə cari mövsüm Çempionlar Liqası yolunu 1/4 finaldan davam edəcək.

İdman.biz xəbər verir ki, son 5 ildə ilk dəfə “Böyük beşlik” ölkələrinin hamısı bu mərhələdə təmsil olunur. Ötənilki kimi, yenə də 1/4 finalda “Böyük beşlik”dən kənar komanda yoxdur.

İspaniya artıq 20 ildir ki, fasiləsiz Çempionlar Liqasının 1/4 finalına komanda yollayır. Sonuncu dəfə ispan klublarını qitənin baş klub turnirinin bu mərhələsində 2004/2005-ci illər mövsümündə görməmişdik. İngilis klubları son 10 ildir ki, ilk “səkkizlik”də fasiləsiz təmsil olunurlar.

Hazırkı 1/4 finalçılar sırasından ən çox “Bavariya” ardıcıl 6-cı dəfədir ki, bu mərhələdədir. “Real” 5-ci dəfədir ki, dalbadal yarımfinala yüksəlmək uğrunda mübarizəyə çıxacaq.

Bu 8 komandadan yalnız “Aston Villa” indiyə qədər Çempionlar Liqasının 1/4 finalında oynamayıb. Birmingem təmsilçisi, ümumiyyətlə, Çempionlar Liqasında ilk dəfədir ki, iştirak edir. Ancaq bu, sadəcə Çempionlar Liqası formatına aiddir. Komanda 42 il öncə 2 dəfə Çempionlar Kubokunda iştirak edib. 1981-82-ci illər mövsümündə turnirin qalibi olub, növbəti ildə isə 1/4 -ə qədər irəliləyib.

Bundan əvvəlki 7 mövsümün hamısının 1/4-inin tək iştirakçısı “Mançester Siti” indi bu sıraya daxil ola bilməyib. “Şəhərlilər” bu dəfə heç 1/8 finala da çıxa bilməyiblər.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr