AZ

Zaqatalada zəncirvari qəza - ölən və xəsarət alanlar var

Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bütosunun məlumatına görə, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes", "Niva", həmçinin inkassator maşınlarının toqquşması nəticəsində "Niva"nın sürücüsü, 1959-cu il təvəllüdlü Şəmsəddin Şahmur oğlu Yunusov ölüb.

Qəza zamanı 6 nəfərin xəsarət aldığı, onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilib.

Seçilən
17
ucnoqta.az

1Mənbələr