AZ

“Mercedes” markalı minik avtomobili ilə yük avtomobili toqquşub

Bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonunun Meysəri kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

News365.az xəbər verir ki, nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini hadisə yerində dünyasını dəyişiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
11
2
news365.az

10Mənbələr