Rusiya prezidentinin fəaliyyətini işiqlandıran jurnalistlər Kremlə çağırılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Ehtimal olunur ki, Rusiya Federasiyasının Ukraynada atəşkəslə bağlı qərarı bu gün Vladimir Putinin ABŞ nümayəndələri ilə görüşündən sonra açıqlansın.
İnsayderlər hesab edirlər ki, Putinin Amerika nümayəndələri ilə görüşü atəşkəs danışıqlarında əsas məqam olacaq. Rusiyanın ərazi məsələlərində Ukrayna və Qərbin mövqeləri də daxil olmaqla, atəşkəsə razılaşacağı şərtləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bu gün Moskvaya səfər edib. Onun təyyarəsinin bir müddət əvvəl Vnukovo-2 hava limanına endiyi bildirilib.