Dəməşq administrasiyası Milli Təhlükəsizlik Şurasının yaradıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə Suriya Rəyasət Heyəti məlumat yayıb.
Bildirilir ki, ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində prezidentin sədrliyi ilə fəaliyyət göstərəcək, təhlükəsizlik və siyasi koordinasiyaya cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası yaradılıb.
Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru, həmçinin prezident tərəfindən təyin olunacaq 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq.