AZ

Sabiq prezident: "ABŞ-nin BMT-dən çıxmaq istəyi təşkilatın gəlirlərinin 20 faiz azalması deməkdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çoxtərəflilik sistemi labüddür. Ulu babalarımız dediyi kimi biz müharibəyə imkan verməməliyik. Bu gün fikirlər səsləndirilir ki, BMT-nin Təhlükəsizlik Şurasının tərkibi daha çoxşaxəli olmalıdır. Düşünürəm ki, bizim burada olmağımız bununla bağlı yekdil razılığın olmasına dəlalət edir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Finlandiyanın sabiq prezidenti Tarya Halonen deyib.
O, çıxışı zamanı təzyiq və tənqidi fikirlərə baxmayaraq, COVID-19 ilə bağlı peyvəndlənmənin vaxtında həyata keçirildiyini deyərək ÜST-yə təşəkkür edib.
"Bu gün ABŞ BMT-dən çıxmaq istəyir. Bu BMT-nin gəlirlərinin 20 faiz azalması deməkdir", - deyə o qeyd edib.
T.Halonen çıxışı zamanı, həmçinin qeyd edib ki, beynəlxalq münaqişələrdə neytral mövqedən çıxış etməli olduqlarını düşünürlər.
Aləmdə Nəsib
Seçilən
8
oxu.az

1Mənbələr