AZ

Ölkəmizi Mərkəzi Asiya regionu ilə birləşdirəcək Orta Dəhlizi hansısa formada inkişaf etdirmək vacibdir - Monteneqronun sabiq müdafiə naziri (ÖZƏL)

Bakı. Trend:

Qərbi Balkanı, Monteneqronu Mərkəzi Asiya regionu ilə birləşdirəbiləcək Orta Dəhlizi hansısa formada inkişaf etdirmək vacibdir.

Bu sözləri 12-ci Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasındaMonteneqronun sabiq müdafiə naziri və Birləşmiş MillətlərTəşkilatındakı sabiq səfiri Milisia Pejanoviç-Durisiç deyib.

O bildirib ki, forumda iştirak edən rəsmi şəxslərdən də verilənməlumata əsasən, Azərbaycan Qərbi Balkanda və dünyanın bir çoxyerlərində aktiv əlaqələr quran bir ölkədir:

"Azərbaycan bir çox Avropa ölkələri ilə yanaşı, bizimlə də ortaqlayihələr icra etməyə çalışır, investisiyalar yatırır.

Təbii ki, Qərbi Balkanı, Monteneqronu Mərkəzi Asiya regionu iləbirləşdirə biləcək Orta Dəhlizi hansısa formada inkişaf etdirməkvacibdir".

"Bu istiqamətdə bir sıra dövlətlər, xüsusən də Azərbaycan böyüktəşəbbüslər ərsəyə gətirib. Gələcək inkişaf üçün də hələ bir çoxməqamlar vardır.

Mən inanıram ki, bütün tərəflərin bu təşəbbüsü daha da inkişafetdirməsi istəyi var", - deyə sabiq nazir vurğulayıb.

Seçilən
5
1
az.trend.az

2Mənbələr