AZ

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Aprel ayının 1-dən “Leobank” kartından şəxsi vəsaitlərin nağdlaşdırılması üzrə tariflər artırılır. 

"Valyuta.az"a bu barədə “Unibank”dan bildirilib. 

Məlumata görə, “Unibank” bankomatlarından nağdlaşdırma 2 min manatadək komissiyasızdır. 2 min manatdan çox nağdlaşdırma üzrə tarif 0,5%-dən 1%-ə artırılıb. Minimum komissiya haqqı 1 manat müəyyən edilib. 

 Azərbaycanda digər bankların bankomatlarından nağdlaşdırma aylıq 2 min manatadək hər əməliyyat üçün 1 manat, 2 min manatdan yuxarı 1%-ə (minimum 1 AZN ) qaldırılıb. Əvvəl bu, 0,5% müəyyən edilmişdi. 

Bank həmçinin, xaricdə bankomatlardan nağdlaşdırma üzrə tarifləri şəxsi və kredit vəsaitləri üçün 2% təşkil edir. Minimum kamissiya haqqı isə 1 manatdan 3,5 manata yüksəldilib. 

Qeyd edək ki, Leobank “Unibank”ın təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir.

Seçilən
14
valyuta.az

1Mənbələr