AZ

UNEC-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində maliyyə nəzarəti mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Maliyyə nəzarəti -dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasınıntəminatçısı kimi” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikasının Auditorlar Palatası, UNEC vəAzərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı iləkeçirilən konfransın açılışından öncə iştirakçılar Ümummilli LiderHeydər Əliyevin büstü və UNEC-in şəhid olmuş tələbə və məzunlarınınabidəsi önünə gül dəstələri düzərək, əziz xatirələrini ehtiramlayad ediblər.

Konfransın açılışında çıxış edən rektor professor Ədalət MuradovKonstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəkimüzəffər qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilin ölkəPrezidenti İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlikİli” elan olunduğunu diqqətə çatdırıb. Rektor bu tarixi hadisələrinölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, konfransın“Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu bildirib vəkonfransın işinə uğurlar arzulayıb.

Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininrəisi Orxan Nəzərli çıxış edərək, vergi islahatlarının maliyyənəzarətinin gücləndirilməsinə və özəl sektorda uçot sistemininbərpasına təsirlərindən danışıb. Xidmət rəisi ölkədə vergisisteminin şəffaflaşdırlması, kölgə iqtisadiyyatı ilə mübarizə,vergi sisteminin rəqəmsallaşdırlması istiqamətində görülmüşişlərdən söz açıb. Həyata keçirilmiş uğurlu islahatlar nəticəsindəkönüllü əməletmə indikatorunun ümumi daxil olmalar üzrə 2019-cuillə müqayisədə 2 dəfə artaraq, 93 faiz, bu göstəricinin qeyri-neftsektoru üzrə 91 faiz təşkil etdiyini bildirib. O.Nəzərli vergisahəsində rəqəmsal texnologiyaların, süni intellekt və digərinnovasiyaların tətbiqinin vergi xidmətinin effektivliyiniartırdığını, maliyyə şəffaflığını və iqtisadi inkişafı daha dagücləndirdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müaviniNatiq Şirinov gömrük sisteminin rəqəmsallaşdırılmasının ticarətinasanlaşdırılması və büdcə dayanıqlığının təmin edilməsindəkirolundan söz açıb. Sədr müavini gömrük xidmətində kəmiyyətləyanaşı, keyfiyyət göstəricilərinin artdığını, şəffaflığın təminolunduğunu diqqətə çatdırıb.

UNEC rektoru professor Ədalət Muradov konfransda "Kadrhazırlığında yeni dövrün çağırışları" mövzusunda çıxış edərək,mövcud ali təhsil modelinin böhranı haqqında düşüncələrinipaylaşıb: “Bu günkü ali təhsil modeli bu günün və sabahıntələblərinə cavab vermək iqtidarda deyil. Birinci sənaye inqilabıdövründə yaranmış universitetlər IV sənaye inqilabı üçün mütəxəssishazırlığını həyata keçirə bilmir və keçirə də bilməz. Universitetictimai təsisatdır və bu təsisatın qarşısında duran əsas vəzifəictimai təfəkkürün və ictimai mədəniyyətinformalaşdırılmasıdır.

...Təhsil bu baxımdan yeni paradiqmaları ortaya qoymalıdır.Azərbaycan müasir dövrün tələblərinə cavab verən müasir universitetquruculuğunda öz təşəbbüslərini irəli sürə bilər. Yeni universitetquruculuğunda təhsilin rəqəmsallaşdırılması önə çıxacaq, həttarəqəmsal təhsildən bir addım önə gedərək, ağıllı təhsil dediyimizmodel artıq mövcuddur. Bu, bütövlükdə təhsilə tamamilə yeni birbaxışı tələb edir”, deyə rektor bildirib. Ədalət Muradov yeniuniversitet modelinin qurulması istiqamətində müasir çağırışlarınəzərə alaraq, UNEC-də həyata keçirilən yenilikləri dəiştirakçıların diqqətinə çatdırıb.

Konfransda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrmüavini Azər Abbasov “Əmlakın leqallaşdırılması/TMM-ə qarşımübarizə ölkənin maliyyə təhlükəsizliyinin mühüm amili kimi”, MilliMəclisin deputatı, akademik Ziyad Səmədzadə “AzərbaycanRespublikasında maliyyə nəzarətinin qanunvericilik bazası və onuntəkmilləşdirilməsi məsələləri”, Auditorlar Palatasının sədriprof.Vahid Novruzov “Audit konstitusiya və suverenlik zəminində”,ETN İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nın müxbirüzvü Qorxmaz İmanov “Süni intellektin maliyyə nəzarətində istifadəimkanları”, UNEC-in “Maliyyə və audit” kafedrasının müdiriprof.Əvəz Ələkbərov “Maliyyə şəffaflığı, elm və praktikanınvəhdəti: müasir çağırışlar”, Hesablama Palatasının şöbə müdiri ZaurVəliyev “İqtisadi təhlükəsizliyin təmin edilməsində dövlətauditinin rolu”, Maliyyə Nazirliyi Aparatının Uçot siyasətişöbəsinin müdiri Firuzə Abdullayeva “Dövlət maliyyə nəzarəti vəaudit”, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, UNEC-indosenti Elşad Səmədzadə “Maliyyə nəzarəti konstitusiya hüquqlarınınkeşiyində” mövzularında çıxış ediblər.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Seçilən
9
3
az.trend.az

4Mənbələr