AZ

İcra Hakimiyyətinin şöbə müdiri həbs edildi - Şok ittihamla

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

***

Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Tural Məmmədov bir müddət əvvəl vəzifədən azad edilib

Seçilən
9
48
mia.az

10Mənbələr