Biz hər zaman bölgədə ədalətli sülhün varlığına inanırıq.
APA xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, daha əvvəl Qarabağın Ermənistan tərəfindən işğalı faktı buna mane olub.
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılması iki ölkənin müzakirə edəcəyi məsələdir. Biz bölgədə ədalətli sülhün tərəfdarıyıq”, - Akif Çağatay Kılıç vurğulayıb.