Rusiya Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən "Fakel" - "Zenit" oyununda (0:2) qonaqların yerli azarkeşlərə ədəbsiz jest göstərən yarımmüdafiəçisi Vendeli biri şərti olmaqla, iki oyunluq cəzalandırıb.
Fanat.Az xəbər verir ki, qurum həmçinin sözügedən oyunçuya qarşı irqçilik edildiyini təsdiqləyib.
Federasiya bəyanat yayaraq matçın 72-ci dəqiqəsində Vendeli, o, meydandan qovulandan sonra isə komanda yoldaşı Duqlas Santosu hədəfə alan fanatların meymun səsləri çıxardıqlarını bildirib.
"Zenit" irqçi təzyiqlərə məruz qaldığı üçün qeyri-etik jestə ehtiyac duyan Vendelin vərəqəsinin ləğvi üçün apellyasiya şikayəti verib.
Nihat