Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” “Liverpul”un futbolçusu Vircil van Dayk ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu niderlandlı müdafiəçiyə mövsümə 20 milyon avro ödəməyə hazırdır.
Van Dayk hələ yekun qərarını verməyib. 33 yaşlı müdafiəçinin müqaviləsi yaya kimidir.