AZ

“Sihirli annem” bu dəfə film olur

Türkiyənin məşhur serialı “Sihirli annem” əsasında film çəkiləcək.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkilişlərinə tezliklə başlanılması planlaşdırılan filmdə köhnə aktyor heyəti yer alacaq.

“Betüş” obrazını canlandıran İnci Türkay bununla da 10 ildən sonra ilk dəfə ekranlara qayıtmış olacaq.

Filmdə, həmçinin Şahap Sayılgan, Nevra Serezli, Gül Onat, Ayşen İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Cennifer Boyner, Gizem Güven və Zeynep Özkaya çəkiləcək.

Qeyd edək ki, “Sihirli annem” serialı 2003-2012-ci illərdə lentə alınıb.






Seçilən
1
4
qafqazinfo.az

5Mənbələr