Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı yeni faktlar ortaya çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, prokuror Patricio Ferrari Maradonaya ona lazımi qayğı göstərilmədiyini iddia edib.
Ferrari Maradonanın ölüm yatağındakı şəklini göstərib və məhkəmədə həkimlər briqadasını sərt şəkildə tənqid edib.
Məhkəmədə çıxış edən Ferrari fotonu hakimə göstərərək, "Maradona belə öldü. Əgər kimsə Dieqonun başına gələnləri görmədiyinizi deyirsə, yalan danışır" deyib.
Prokurorun göstərdiyi fotoda Maradonanın qarnının şişdiyi və ətrafında heç kimin olmadığı görünür. Fotonu görən qızları Dalma və Gianinnanın göz yaşlarına hakim ola bilməyib.
Həkim briqadasında olan 7 nəfər ehtiyatsızlıqdan futbolçunun ölümünə səbəb olmaqda ittiham olunur.
Prokurorluq tərəfindən Maradonanın təqsirləndirilən şəxslərin tibbi nəzarəti altında olarkən səhər pivə içdiyi, gecə saatlarında isə içkisində həll edilmiş yuxu həbləri verildiyi iddia edilib.
Başqa bir diqqətçəkən iddia isə nevroloq Leopoldo Luquenin, "Kök adamdı sonunda öləcək" yazdığı “WhatsApp” mesajları ortaya çıxıb.
Prokuror Ferrari Maradonanın duşa götürülmək əvəzinə şlanqla yuyulduğunu bildirib. Həmçinin, onun iddiası budur ki, Maradona lazımi tibbi yardımla sağ qala bilərdi.