AZ

Millət vəkili Məşhur Məmmədov Masallıda “Riyaziyyat aylığı” qaliblərini mükafatlandırma mərasimində iştirak etdi » AzadMedia.az


Masallı rayonunda fevral ayı ərzində keçirilən “Riyaziyyat aylığı” çərçivəsində təşkil olunan müsabiqələrin qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimi Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutub.
Azadmedia.az xəbər verir ki, bu barədə “Riyaziyyat aylığı” qaliblərini mükafatlandırma mərasimində iştirak edən millət vəkili Məşhur Məmmədov sosial media hesabında yazıb. Deputatın yazdığı məlumata görə tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Qeyd edək ki, “Riyaziyyat aylığı” Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində həyata keçirilib. Bu müddət ərzində riyaziyyat müəllimlərinin forumu, seminarlar, dəyirmi masalar, açıq dərslər, riyaziyyata aid yaradıcı işlərdən ibarət sərgilər, eləcə də məktəblilər arasında müxtəlif müsabiqələr və viktorinalar təşkil edilib.

Layihəyə rayon üzrə fəaliyyət göstərən 93 ümumtəhsil məktəbi qoşulub və ümumilikdə 28 min şagirdi əhatə edib. Mükafatlandırma mərasimində qaliblər müxtəlif nominasiyalar üzrə təltif olunublar.

74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədovun sözlərinə görə, Masallıda görüşlər və tədbirlər davam edir və bu cür təşəbbüslər gələcəkdə də dəstəklənəcək.

Seçilən
10
1
azadmedia.az

2Mənbələr