AZ

Şeyx Əbdül: "Məktəb direktoru qadın ola bilməz"

"Məktəb direktoru qadın ola bilməz. Məktəbdə bütün müəllimlər qadın ola bilməz. Maksimum ibtidai sinif müəllimləri qadın ola bilər".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq Artisti Şeyx Əbdül Mahmudov Lent.az-a müsahibəsində deyib.

O, məktəb direktorlarının həbs olunmasına da münasibət bildirib:

"Müəllimlərə status verilməlidir, onların güzəranı dövlət nəzarətinə götürülməlidir. Fikir verirəm, bütün uşaqlar məktəbə bahalı maşınlardan düşüb gəlirlər, müəllim qoltuğunda buterbrodla əsə-əsə onların yanından keçib gedir. Fərqi görürsüz? Orada nə təhsil olacaq? Son vaxtlar neçə direktoru rüşvətə görə tutublar?"

Seçilən
15
kulis.az

1Mənbələr