AZ

"Bank Respublika"nın dollar istiqrazlarına 62 sifariş verildi - HƏRRACIN NƏTİCƏSİ

6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BANK RESPUBLİKA" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

FED.az birjaya istinadən xəbər verir ki, qeyd olunan AZ2007002887 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 13.03.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“BANK RESPUBLİKA" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2007002887

İstiqraqzların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli

İstiqrazların sayı

5,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 ABŞ Dolları

Buraxılış həcmi

5,000,000 ABŞ Dolları

İllik gəlirlilik faizi

8.5%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)

Tədavül müddəti

8 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

5,000,000 ABŞ Dolları

Reallaşdırılmış həcm

5,000,000 ABŞ Dolları

Minimal qiymət

1,000.0000 (8.5%) ABŞ Dolları

Maksimal qiymət

1,001.0000 (8.48%) ABŞ Dolları

Ehtimal olunan kəsmə qiymət*

1,000.0000 (8.5%) ABŞ Dolları

Ortaçəkili qiymət

1,000.0100 (8.50%) ABŞ Dolları

İnvestor sayı

62

Sifariş sayı

62

Anderrayter

“ABB-İnvest İ.Ş.” QSC

Seçilən
13
3
fed.az

4Mənbələr