"Bayern Münhen" yarımmüdafiəçisi Yozua Kimmixlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Almaniya nəhənginin mətbuat xidməti yayıb.
Kimmix müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Cari mövsüm Almaniya Bundesliqasında 23 matça çıxan orta xətt oyunçusu 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında 11 görüşdə forma şansı qazanaraq 5 assistlə diqqət çəkməyi bacarıb.
Daha öncə Kimmixin "Barselona" və PSJ ilə danışıq apardığı barədə məlumatlar yayılmışdı.
Nihat