"Atletiko Madrid"in mərkəz yarımmüdafiəçisi Konor Qallaxer Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında - "Real Madrid" ilə ev oyununda (1:0, penaltilər 2:4) iki rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, matçın 28-ci saniyəsində rəqib qapısına yol tapan İngiltərə millisinin üzvü sözügedən turnirdə indiyədək ən tez qol vuran ingilis olub.
Bundan başqa, Qallaxer "Atletiko"nun da ÇL-də imza atdığı ən erkən qolun müəllifi qismində tarixə düşüb.
Xatırladaq ki, tərəflərin ilk dueli "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Nihat