Bakı, 13 mart, AZƏRTAC
2025/2026-cı illər mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.
Peşəkar Futbol Liqasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşıdakı mövsümdə Premyer Liqa və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Conext25 PRO” toplarından yararlanacaqlar.
Ötən il Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe” gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq.
II Liqa komandalarının üzvləri “Adidas Tiro Pro”nu “qovacaqlar”. Onlara bu toplar hədiyyə ediləcək.