AZ

Ermənistandakı radikal qüvvələri qızışdırmaq bölgədə sülhə ciddi zərbədir - Sahil Kərimli - VİDEO

İran nümayəndə heyətlərinin Ermənistana tez-tez səfərlər edərək radikal və revanşist qüvvələri təxribata çəkmək cəhdləri sülh və təhlükəsizlik üçün ciddi zərbədir.

Trend xəbər verir ki, bu fikirləri ARB24 telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

"Əlbəttə ki, İran zaman-zaman Azərbaycana qarşı bəslədiyi düşmənçilik hissini müxtəlif yollarla büruzə verib. Hətta 44 günlük Vətən Müharibəsi zamanı da biz bunun şahidi olmuşduq. Ermənistana gizli yollarla dəstək olmaq, havadarlıq etmək və s. Təəssüf ki, bu gün də davam edən bu çirkin oyunlar sülhün əldə edilməsini ləngitmək, xüsusilə də Zəngəzur dəhlizi layihəsinin açılmasına mane olmaq məqsədi daşıyır.

Çünki İran daim buna qarşı olub və bölgədə fəaliyyət göstərəcək nəqliyyat-kommunikasiya layihələrindən özü üçün iqtisadi və siyasi dividendlər qazanmağa çalışıb. Amma əlbəttə ki, Zəngəzur dəhlizi layihəsinin müəllifi Azərbaycandır və nəyin bahasına olursa olsun, dövlətimiz bu hədəfə çatacaq", - deyə S.Kərimli bildirib.

Milli.Az

Seçilən
3
6
milli.az

7Mənbələr