Belarus prezidenti Aleksandr Lukaşenko Kursk vilayətinin bir neçə gün ərzində azad ediləcəyinə əmindir.
Publika.az xəbər verir ki, jurnalistlərlə söhbət edən Lukaşenko Rusiya prezidenti Vladimir Putinin bir gün əvvəl Kursk vilayətinə baş tutan səfərini dəyərləndirib.
"Nə düşünürsünüz, baş komandan sadəcə maşınla gəzir? Əgər gəlmisənsə, sabah bütün ərazini tamamilə azad etməlisən. Artıq sabah. Bir neçə gün və o, azad olunacaq", - Lukaşenko vurğulayıb.