ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı heç bir planı yoxdur. Vaşinqton bu məsələdə ancaq suları sınaqdan keçirir.
Publika.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı öz sözünü demək qərarına gəlib. Kremldə olan Lukaşenko vurğulayıb ki, Vaşinqtonun səs-küylü bəyanatlarına baxmayaraq, ABŞ-ın Ukrayna ilə bağlı hazırda konkret sülh planı yoxdur. Belarus lideri əmindir ki, Amerika tərəfi yalnız suları sınaqdan keçirir.
Bununla yanaşı, Lukaşenko əlavə edib ki, Ukraynadakı münaqişənin həlli məsələsində Rusiyaya təzyiq etmək mümkün deyil. Buna görə də ABŞ Kiyevə təzyiq etmək qərarına gəlib.
Adəm Abbaslı